issiz-ve-isaxtaran-sexslerin-nezerine--

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Saatlı rayonu Mədəniyyət Mərkəzində 7 may 2022-ci il tarixdə, saat 10:00-dan 17:00-a kimi "Açıq Qapı" günü keçiriləcək.

“MKT İK” MMC-də aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə Saatlı Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər.

- Mühasibatlıq

- İnsan resursları

- Kargüzarlıq

- Fəhlə (müxtəlif sahələr üzrə)

- Aqronom

- Elektrik

- Energetik

- Mexanik

- Çilingər

- Traktorçu

- Laborant

- Anbardar

- Gözətçi

“Açıq qapı” gününə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə edə bilərsiniz.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır.

Ünvan: Saatlı rayonu, H.Əliyev prospekti 127 (Saatlı Mədəniyyət Mərkəzi)