issiz-ve-isaxtaran-sexslerin-nezerine--

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Suraxanı rayon Gənclər evində əmək yarmarkası keçiriləcək.
Al Market MMC-də müdir müavini və satıcı-kassir vakansiyaları üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə 314
 

27 iyul, 2022
10:00 - 13:00