issizin-dostu-proqrami-uzre-1231-sexs-poctalyon-ve-operator-islerine-celb-olunub--

“İşsizin DOSTu” proqramı üzrə 1231 şəxs poctalyon və operator işlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” və “Aztelekom” MMC-lər yeni layihəyə başlayıblar.

Layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən 1231 nəfər ictimai işçi “İşsizin DOSTu” proqramı üzrə “Azərpoçt”  MMC və “Aztelekom” MMC  müəsissələrində fəaliyyətə başlayıb. Onlar DOST İş Mərkəzi ilə bağlanmış əmək müqavilələri əsasında həmin müəsissələrdə poctalyon və operator işlərini yerinə yetirirlər.

Layihə  60 rayonu əhatə edir.

“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.