"İstedadlı könüllüləri tanıyaq" rubrikası çərçivəsində gitara kursuna start verilir!
"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının "İstedadlı könüllüləri tanıyaq" rubrikası çərçivəsində gitara kursuna start verilir.
Layihə çərçivəsində, 1 ay ərzində Bakı Gənclər Mərkəzində, gitaraya marağı olan, istedadlı gənclər üçün dərslər təşkil olunacaq.
Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.