it-bacariqlarinizi-qorumaq-ucun--5-tovsiye

IT Bacarıqlarınızı qorumaq üçün 5 tövsiyə

Ən yaxşı IT bacarıqlarına necə yiyələnmək olar? Şirkətlər üçün IT bacarıqlarını cəlbedici saxlamaq üçün bəzi aspektlərini bilmək zəruridir. 

       Texniki sahədəki mütəxəssislərlə – xüsusilə ixtisaslı mütəxəssislərlə-daimi və yüksək peşəkarlı, bilik və bacarıq inkişafı mövzusunda rəqabət mövcuddur. Yəni tələbə uyğun təklif verə bilən mütəxəssis kimi qalmaq mübarizəsi ilə qarşılaşacaqsan. 
      Məhz bu səbəbdən texniki sahə üzrə işçilərin razı qalması, məşğul olması və əmək haqqı alması üçün istifadə edə biləcəyin beş strategiya haqqında paylaşmaq istəyirik.

  1. Əmək bazarına uyğun məvacib təyin edin.

       Hər bir ixtisas sahəsinin olduğu kimi IT sahəsi də yerində dayanmır, inkişaf edir. Bu səbəbdən sahə mütəxəssisi olmaq üçün əmək bazarında spesifik olaraq öz bilik və bacarıqlarının qarşılığında ala biləcəyin əmək haqqını bilmək üçün mütləq araşdırma apar. 
Araşdırma üçün nələrdən istifadə edə bilərsən? 

  • İlk növbədə bazar araşdırması, yəni hazırda bu sahəyə olan tələbatı müəyyən et. 
  • Daha sonra şirkət və təşkilatların bu sahə üzrə vakansiyalarını incələ. 
  • Eyni zamanda artıq bu sahədə çalışan peşəkarlar ilə şəbəkə yarat, məlumat mübadiləsində iştirak et.  

Bu və digər üsullar ilə peşəkar mühitə daxil olmaq üçün istifadə edə bilərsən. 

      2.  İnkişafa investisiya et

      Az öncə qeyd etdiyimiz kimi sahə inkişaf edir və aktual yeniliklərdən xəbərdar olmalısan. Funksional bacarıq olmadığına görə məhz texniki bilikləri öyrənmək üçün təlim, kurs, ixtisas artırma və digər imkanlara maliyyə resursu xərcləməyə çəkinmə. Sənin bu gün yiyələndiyin yeni bacarıqlar, sabah İT sahəsi üzrə daha üstün və uğurlu olacağına zəmanətdir. Özünü həqiqətən bu sahənin peşəkarı kimi görüb, ixtisaslaşmaq istəyirsənsə, gələcəyinə investisiya qoy. 

      3. Karyera planını yazmağı dayandırma
     Bəzən düşünülür ki, karyera planlanması yalnız karyerasını quran, tələbə olan və s dönəmlərdə lazımdır. Lakin bu vərdiş iş dünyasında karyeranın müxtəlif mərhələlərində faydalıdır. Yəni hər hansısa mərhələyə gəlib, çatsan belə, yeniliklərə açıq olub, yeni uğurlara planlı imza atmaq üçün qarşına məqsədlər qoy. Məsələn, İT sahəsində irəlləmək istədiyin istiqamətləri təyin et, zaman aralığı qoy və icra planı yaz. 
Son tarixləri izləyib, həqiqətən üzərində çalışsan bu sahədə eyni pillədə ilişib, qalanlardan fərqlənəcəksən. 

       4. Potensialını düzgün qiymətləndir
      Müəyyən zaman sonra iş mühiti arxayınlıq yaradır. Yəni sahənin təməl bacarıqlarını bildikdə, kifayət qədər təcrübə olduqda, artıq inkişaf dayanır, hər şeyi bildiyimizi düşünürük. Bu təhlükəli mərhələdə tənqidi düşüncə və situasiyanı adekvat qiymətləndirmə aparmaq köməyinə çatacaq. 
Həqiqətən nəyi yaxşı edirsən? 
Nə kimi çətinlik və ya öyrənmək istədiyin boşluqlar var?
Nələr olsa, işini daha peşəkar edə bilərsən? 
Bu kimi sualları özünə daima ver. Sorğula ki, düzgün və real qiymətləndirib, bu sahədə böyüyə biləsən. 

     5. Yeni təkliflərin yaradıcı ol
     Sahəni bilmək, İT üzrə ixtisaslaşmaq, peşəkar mühitin parçası olmaq, kifayıət etmir. Bir İT mütəxəssisi olaraq SƏNİN qatqın nədir? Bu sualı düşün, maraq, bilik və bacarıqlarını analiz et. Öz təhlil sayəsində harada, necə yenilik ilə gələ biləcəyini araşdır. 
     Məsələ budur ki, sahə peşəkarları yalnız 9-6 ofisdə oturan, tapşırıqları icra edən deyildir. Yenilərə imza atan, təkliflər ilə gələn, yaradıcı peşəkarlar daima tələb olunar, İT sahəsi üzrə bazarda şəbəkə formalaşdırar, və inkişaf edər. 
Müntəzəm şəkildə bu məsləhətləri gözdən keçirsən, sevdiyin sahənin peşəkarı olacaqsan.

Uğurlar !