“IT Hub Azerbaijan” layihəsinə start verilir!
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "StrategEast" müəssisəsinin birgə əməkdaşlığı ilə "IT Hub Azerbaijan" layihəsinə start verilib.
Layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə, həmçinin sürətli iqtisadi artıma töhfə verilməsidir.
Təlimdə iştirak üçün şərtlər:
• İlkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası Azərbaycanın regionlarında IT sahəsində karyera qurmaq istəyən 19-30 yaş arasında olan Azərbaycan vətəndaşlar
• Elementar səviyyədə (Elementary (A2)) ingilis dili bacarığı;
Dərslər onlayn şəkildə "Zoom" üzərindən keçiriləcəkdir.
Müraciət üçün form
Qeydiyyat üzrə son tarix: 7 mart 2023