it-sahesi-uzre-mentorluq-ve-teqaud-programi-olacaq--

İT sahəsi üzrə mentorluq və təqaüd programı olacaq

ŞƏHİD RƏŞAD MEHDİYEV ADINA MENTORLUQ VƏ TƏQAÜD PROQRAMINA MÜRACİƏT.

     Bu təqaüd proqramı 20 Oktyabr 2020 – ci il tarixində Vətən müharibəsi zamanı şəhid olmuş Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunub.

Təqaüd haqqında ümumi məlumat :

     Təqaüd müddətində  İT üzrə təhsil alan II,III,IV kurs bakalavr tələbələri  semestr boyunca  İT sahəsi üzrə hazırda müxtəlif şirkətlərdə çalışan gənclər tərəfindən məlumatlandırıcı təlimlər keçirilib , aylıq təqaüdlə mükafatlandırılacaqlar.

    – Təqaüd yalnız İT sahəsi ilə bağlı ixtisaslara aiddir.

    – Təqaüdə yalnız II,III,IV kurs bakalavr tələbələri müraciət edə bilər.

    – Təqaüd 6 ay müddətində aylıq 100 AZN təqaüdlə mükafatlandırılacaq.

    – Müraciət tarixi: 01.01.2022 – 05.02.2022 saat 20:00-a qədərdir.

    – Hazırda müxtəlif şirkətlərdə İT sahəsi üzrə çalışan gənclər öz

      kariyera təcrübələrini bölüşəcək.

Müraciət linki:   

Qeyd etmək istərdik ki, əsas əlaqə vasitəmiz email ünvanımızdır.

Əlavə suallar üçün email və ya facebook ünvanımıza yaza bilərsiniz.

[email protected]

https://www.facebook.com/M.RashadTeqaudProgrami/