İT sahəsi üzrə yarışma keçiriləcək!
Proqramlaşdırma sahəsində mübarizə davam edir!
10-13 iyun tarixlərində “PASHA Bank Cup V” yarışmasının “Axtarış və sıralama” mövzusunda keçiriləcək 2-ci təsnifat mərhələsində öz qüvvənizi sınayın və qalib gəlin.
10 iyundan etibarən cup.pashabank.digital səhifəsindəki keçidə daxil olun və qələbə uğrunda mübarizəyə qoşulun!
Səhifəyə linkdən keçid edə bilərsiniz.
“İştirakçı ol” linki yarış günü aktiv olacaq. Yarış günü sayta baş çəkməyi yaddan çıxarmayın.
Qeyd edək ki, respublikanın İT sahəsinin inkişafına dəstək verməyə davam edən “PASHA Bank Cup” yarışması bu il fizika-riyaziyyat elmləri namizədi, əməkdar müəllim Ramin Mahmudzadəyə həsr olunub.
Hədiyyələr:
1-ci yer - MacBook Pro
2-ci yer - Apple iPhone 14
3-cü yer - Apple iPad
Hər qrup üzrə növbəti 3 yer
Apple Airpods 2
Qeyd:
-Yarışmaya ancaq fərdi şəkildə qoşulmaq olar, çünki final mərhələsində də fərdi şəkildə iştirak edəcəksiniz.
-Yarışmaya hər kəs qoşula bilər, lakin final mərhələsi Bakıda keçiriləcək və orda iştirak etmək mütləqdir.
-Hər bir yaş kateqoriyasına aid olan şəxslər qoşula bilər. Lakin müsabiqələr əsas 4 yaş kateqoriyası üzrə qiymətləndiriləcəkdir. Bunlar aşağıdakılardır:
- Məktəblilər
- Tələbələr
- Peşəkarlar
- “PAŞA Bank”lılar
Hədiyyələr hər yaş qrupu üzrə 1, 2, 3-cü yerlərə və eləcə də hər qrup üzrə növbəti 3 yerə veriləcək.
-Yarışma 4 seçim mərhələsi və final mərhələ daxil toplam 5 mərhələdən ibarət olacaq.
Bu mərhələlərdə mövzular hansılardır?
- 1-ci mərhələ: implementation, data structures – icra, data strukturlar
- 2-ci mərhələ: searching, sorting – axtarış və sıralama
- 3-cü mərhələ: greedy, dynamic programming – dinamik proqramlaşdırma
- 4-cü mərhələ: graphs – qraflar
- Final mərhələsi: qarışıq suallar
-Bir çox proqramlaşdırma dillərində yazmaq mümkündür. Misal üçün: C, C++, Java, C#, Go, Kotlin, Python, JavaScript
-Müsabiqəyə qoşulmaq üçün elan olunmuş linkə daxil olmaq lazımdır. Daxil olduqdan sonra orada adınızı, soyadınızı, bitirdiyiniz universiteti, təvəllüdünüzü qeyd etməlisiniz. Ondan sonra siz 4 saat ərzində 6 məsələni həll etməli olacaqsınız.
-Müsabiqə HackerRank platforması üzərindən olduğu üçün bütün suallar ingiliscədir.
-Final mərhələsi oflayn şəkildə Bakı Mühəndislik Universitetində keçiriləcək. Hər kəs eyni vaxtda müsabiqəyə başlayacaq və eyni vaxtda bitirəcək. Nəticələr elə həmin gün açıqlanacaq və hədiyyələr təqdim ediləcəkdir.