iv-animafilm-beynelxalq-animasiya-festivalinda-istirak-etmek-isteyen-fiziki-mehdudiyyetli-sexslerin-nezerine

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında iştirak etmək istəyən fiziki məhdudiyyətli şəxslərin nəzərinə!

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında əlilliyi olan izləyicilər üçün nəqliyyat Təşkilat Komitəsi tərəfindən təmin ediləcəkdir!

Hörmətli dostlar, builki festivalın canlı (offline) keçirildiyini nəzərə alaraq, filmlərin nümayişini hər bir kəs üçün əlçatan etmək məqsədilə biz əlilliyi olan izləyicilərin festival məkanına təhlükəsiz şəkildə gəlişini və qayıtmasını öz öhdəliyimizə götürürük.

Əgər Sizin də əlilliyiniz varsa və Festivalda iştirak etmək qərarına gəlmisizsə, aşağıdakı anketi dolduraraq öz məlumatlarınızı bizə göndərin. Festivalımızın könüllüləri Sizin nəqliyyatınızı təşkil etmək üçün ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar.

Vacib qeyd: Nəqliyyat yalnız əlilliyi olan və onları müşayiət edən şəxslər üçün təmin olunur. Hər kəs maksimum bir dəfə ödənişsiz nəqliyyatdan istifadə edə bilər. Nəqliyyatın sayı məhduddur, buna görə də müraciət edən hər hansı bir şəxsə müsbət cavab verilməməsini anlayışla qarşılamağınızı xahiş edirik.

Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcəkdir.

QEYDİYYAT ÜÇÜN