iv-senaye-inqilbi-dovrunde-emosional-intellektin-ehemiyyeti-movzusunda-onlayn-telimi-qacirma--

“IV Sənaye İnqilbı dövründə Emosional intellektin əhəmiyyəti” mövzusunda onlayn təlimi qaçırma!

Gənclərin nəzərinə!

KönüllüSƏN 5 layihəsi çərçivəsində 8 sentyabr 2021-ci il tarixində, saat 20:00-da təlimçi- biznes kouç Elçin Əzimli (Elçin Əzimli ) tərəfindən “IV Sənaye İnqilbı dövründə Emosional intellektin əhəmiyyəti” mövzusunda onlayn təlim baş tutacaq.

Təlimin əsas mövzuları:
-Emosional intellekt nədir?
-Süni intellekt dövründə emosional intellektin əhəmiyyəti
-Əsas emosional səriştələr hansılardır?
-Emosional intellekti gücləndirməyin yolları

Son müraciət tarixi: 7 sentyabr, saat 20:00
Keçirildiyi məkan: Zoom platforması

Görüşə linkini əldə etmək üçün keçid
 

Qeyd edək ki, “KönüllüSƏN 5” layihəsi “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən ənənəvi olaraq həyata keçirilir.

Layihə çərçivəsində gənclər arasında könüllülük hərəkatı təbliğ edilir, gənclərin gələcək fəaliyyətlərində istifadə edəcəkləri təcrübə, bilik və bacarıqlar əldə etmələrinə şərait yaradılır.