iyunun-17-de-tehsilde-xxi-esr-bacariqlarina-hesr-olunacaq-deyirmi-masa-kecirilecek--

İyunun 17-də təhsildə XXI əsr bacarıqlarına həsr olunacaq dəyirmi masa keçiriləcək.

İyunun 17-də təhsildə XXI əsr bacarıqlarına həsr olunacaq dəyirmi masa keçiriləcək. Dəyirmi masa XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçılığı, T-Network platformasının tərəfdaşlığı ilə baş tutacaq.

Əsas məqsəd təhsildə XXI əsr bacarıqlarının əhəmiyyətini müzakirə etmək, bu istiqamətdə perspektivləri və inkişaf tendensiyalarını nəzərdən keçirməkdir.

Əziz həmkarlar, yeri gəlmişkən, sizcə, XXI əsrin əsas bacarığı nə olmalıdır? Bir neçə sözlə qeyd edə bilərsiniz. Təsadüfi üsulla seçilən 3 şərhin müəllifinə PISA direktoru Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabını hədiyyə edəcəyik.