iz-layihesi-baslayir--

"İZ" layihəsi başlayır

Dəyərli gənclər!

Sizin həyatınızda İZ qoymağa davam edirik!

"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İZ" layihəsi başlayır!

5 gün müddətində Lənkəran şəhərində keçiriləcək layihədə 17-25 yaş arası müsahibə yolu ilə seçilmiş iştirakçılar Azərbaycanın tarixdə qoyduğu izləri dərindən araşdıraraq mədəniyyət, tarix, eləcə də komanda quruculuğu mövzuları üzrə təlim və seminarlarda iştirak edəcəklər. 

layihədə iştirakçılar qoyulmuş mövzu ilə yanaşı idman yarışları və praktiki sessiyalarda öz bacarıqlarını təqdim edəcəklər. 

Əgər sən də Azərbaycanın dünənini tanıdıb, gələcək üçün "İrəli"də İZ qoyacaq gənclərdən biri olmaq istəyirsənsə, qeydiyyatdan keç!

Layihənin keçirilmə tarixi:  8-12 Dekabr 2021

Layihənin keçiriləcəyi məkan:   Lənkəran, Azərbaycan

Qedyiyyat üçün son tarix:    26 Noyabr 2021    23:59

Qeydiyyatdan keçmək üçün link