kampaniyalayihe-idareetmesi-uzre-tecrubeci

Kampaniya/Layihə idarəetməsi üzrə təcrübəçi

“PAŞA Sığorta” ASC şirkəti Kampaniya/Layihə idarəetməsi üzrə təcrübəçi vakansiyası elan edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

Təcrübəçidən tam və ya dəstəkləyici funksiya olaraq aşağıdakı öhdəliklər tələb ediləcək:

  • Müştərilər üzrə araşdırma (sorğular, fokus qruplar və s.) aparılmasında aktiv iştirak etmək
  • Araşdırma nəticələrinə uyğun yeni məhsul/kampaniya təklifləri üzərində çalışmaq
  • Yeni məhsulun/kampaniyanın bazara çıxış planının icrasında dəstək olmaq
  • Cari və yeni məhsul satışları və ya kampaniya üzrə təhlil etmək, müvafiq hesabatlar hazırlamaq
  • Rəqiblərin marketinq fəaliyyətini və məhsul/kampaniya təkliflərini izləmək.
  • Digər zəruri işlərin icrasında dəstək olmaq
     

BİLİKLƏR:

- Analitik və kreativ düşüncə
- Adaptivlik və çeviklik
- Güclü kommunikasiya bacarığı (yazılı,şifahi)
- Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı
- MS Office proqramlarında işləmək bacarığı

Son müraciət: 15.10.2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.