karyera-planlamasi

Karyera planlaması

Karyera – iş həyatında müəyyən nöqtəyə gəlmək üçün görülən bütün işlərin toplamıdır.Görülən bütün işlər dedikdə ali  ixtisas seçimindən başlayıb iş həyatını  dayandıra qədər olan bütün fəaliyyətlər nəzərdə tutulur. Təbii ki, bu qədər uzun müddətdə sərf edilən enerjinin daha yaxşı nəticəsi verməsi üçün müəyyən formada istiqamətlənməsinə  ehtiyac vardır . Başqa deyişlə karyeranın planlanmasına.

Karyera planlaması  iş həyatında müəyyən uğurlar əldə etmək istəyən hər kəs tərəfindən edilməlidir.Unutmamaq lazımdır ki, yaxşı karyera üçün zaman, çalışma və planlama əsas şərtlərdir.

Yanlış bir qərar ilə  bir il , yanlış ixtisas seçimi ilə dörd il , yanlış karyera planlaması ilə isə 40 il itirə bilərsiz.

 Ortama olaraq hesablasaq qırx illik bir periodun bir kağıza qeyd edib nələr edəcəyini yazmaq qeyri mümkündür. Məsələ budur ki, karyera planlaması hər əmək fəaliyyəti ilə məşğul olan fərdin vaxtaşırı olaraq üzərinə düşünməli olduğu bir məsələdir. Bu,  bəzən iş sahəsi seçmək və ya dəyişdirmək ehtiyacından olur, bəzən isə  karyerada irəliləmək üçün gərəkli işləri planlamaq ehtiyacından. Burada məqsəd, başqalarından asılı olmadan dəyişən şərtlərə uyğunlaşaraq özünü inkişaf etdirmək və gələcəyini qurmaqdır.

Karyera planması nə vaxt edilməlidir?

Sualın cavabı sadədir- həmişə, hətta pensiyaya çıxdıqdan sonra da, müəyyən işlər görmək planlaşdırılırsa buna ehtiyac yaranır.  Karyera planlaması hər yaşda, istənilən dövrdə, peşəyə başladıqdan və ya illər sonra edilə bilər. Əlbəttə ki, ən yaxşı vaxt hələ ali təhsil həyatına  başlamazdan əvvəl  bunun üzərinə uzun-uzun düşünməkdir. Özümüzü faydalı hesab etdiyimiz və gələcəyinizi gördüyümüz ixtisasları seçmək uğurlu karyeranın başlanğıcıdır. Ancaq, istəmədiyin bir ixtisasda təhsil almaq da, yaxşı karyera qurulmayacaq demək deyil. Ətrafımıza baxsaq  təhsil aldığı ixtisas üzrə çalışmayan ancaq yetərincə peşəkar karyera qurmuş yüzlərlə insan görə bilərik. Sadəcə bu zaman karyera planlaması bir az daha diqqətli aparılmalıdır.

İstər ixtisas seçimi zamanı istərsə də karyera istiqaməti seçmək və ya dəyişdirmək gərəkdikdə karyera planı qurmağa ehtiyac yaranır.  Ümumiyyətlə iş həyatında dəyişiklik yaradacaq istənilən qərar verdikdə bu sizin üçün “qütb ulduzu” olmalıdır. Bu  istiqamət bəlirləyəcək “alət” mümkün qədər dəqiqliklə və vaxt sərf edilərək hazırlanmalıdır. Karyera planlaması edərkən ailə fərdlərindən yaxınlarınızdan, müəllimlərinizdən eləcə də “PROGRO Mentorluq” xidmətindən yararlana bilərsiz ancaq qətiyyən bunu sizin yerinizə başqası etməməlidir . Qısa müddət üçün işinizi rahatlaşdıra bilərsiz ancaq, gələcəkdə istəmədiyi işdə çalışan, karyerada yüksəliş əldə edə bilməyən bir fərd də ola bilərsiz. Buna başlıca olaraq siz imkan verməməlisiz.  O vaxt gəlir ki, insan  bacarıqlarını, istəklərini,  dəyərlərini qiymətləndirmədən bir işdə çalışdığını anlayır. Məhz özünün karyera planlaması etməli  olduğunu dərk edir.

Karyera planlaması üçün edilməli işləri üç əsas başlıq altında toplasaq  bunlara özünü tanımaq, əmək bazarını tanımaq və fəaliyyət planı hazırlamaq deyə bilərik .

Özünü tanımaq

Nosce te ipsum! Latınca olan bu ifadə bəzilərinizə tanışdır tərcüməsi -Özünü tanı. Tarix boyu bir çox müdrik şəxsin yazdığı əsərlərin əsas başlığı olmuşdur bu ifadə.  İş həyatında verilən qərarlarda   özünü tanıma - inanclarını, dəyərlərini, bacarıqlarını və  iş həyatından gözləntilərini bilmək xüsusi ilə önəmlir. Təəssüf ki,  bəzən fərdlər yetişdirilərkən özünü tanıması uzun müddət geçikə bilir. Bəzən həyatı önəm daşıyan qərarlar onun yerinə başqaları tərəfindən verilir və ya bu qərarlara kənardan müdaxilə edilir. Fərdin  bu qərarların doğru olmadığı anlaması həyatında böyük zaman itkisinə səbəb olur. Çalışın iş həyatıyla bağlı qərarlar yanlış belə olsa öz seçiminiz olsun.Mütləq şəkildə karyeranızı planlayarkən özünü daha yaxşı tanımaqla işə başlayın, özünüzə bu sualları verin –

İş həyatında mənim üçün dəyərli olanlar nədir?

Bacarıqlarım nələrdir?

İş həyatında məni motivasiya  edəcək şeylər nələrdir?

Hansı sahədə çalışsam bir müddət sonra bezmərəm və uzunmüddətli karyeramı qura bilərəm?

Aydındır ki, bu sualların bir kağıza yazıb dərhal cavabını qeyd etmək qeyri-mümkündür. İş həyatına daxil olmadan, kollektivlə çalışmadan  bu suallara verilən cavablar ya yanlış olacaq ya natamam. Hələ də iş həyatına başlamamısızsa, nə edəcəyini düşünürsüzsə dərhal hər hansı bir işdən başlamağa çalışın.  İş həyatı dedikdə şərt deyil ki   hər gün saat 9-dan 6-ya çalışılan  bir iş olsun, başlanğıc olaraq  könüllü işlər, təcrübə proqramları və ya kiçik bir alqı-satqı işləri də ola bilər. Əsas odur ki, nəsə bir iş görün, yeni insanlar tanıyın, əmək bazarının çarxlarının necə işlədiyi praktiki olaraq öyrənin. İş görərkən artıq qeyd etdiyimiz sualların cavablarını da daha asan verəcəksiz, öz bacarıqlarınızı, dəyərlərinizi iş motivasiyanızı zamanla kəşf edəcəksiz. Özünüzü tanıyacaqsız.

 

Əmək bazarını öyrənmək

Əmək bazarını  öyrənmək məsələsini  daha yaxşı anlamaq üçün bu üç detala diqqət edin.

Yeni yaxud çox bilinməyən peşə sahələrini araşdırmaq

Bu sahələrin prespektivlərini  və gələcək imkanları bilmək

Sahələrə görə işçi qüvvəsinin qiymətləndirilməsi analiz etmək.

 Yeni və yaxud çox bilinməyən iş sahələrini tanımaq hər işaxtaran üçün çox önəmlidir. Oxuduğunuz ixtisasla bağlı çalışa biləcəyin bütün iş sahələrini bu iş sahələrinin prespektivlərini və əmək qiymətləndirməsini dərindən araşdıraraq işə başlaya bilərsiz.Həmçinin vakansiya saytlarında çıxan və nə mənaya gəldiyini bilmədiyiniz vakansiyaları mütləq araşdırın.

İş prespektivləri dedikdə həmin səhənin gələcəyə yönəlik mümkün inkişaf istiqaməti və keçid edilə biləcək iş istiqamətləri nəzərdə tutulur. Misal qrafik dizayner olaraq çalışırsız bu sahədə  təcrübə topladıqdan sonra Art direktor olaraq çalışa bilərsiz və ya qrafik dizayner olaraq çalışmaq istəmədikdə 3D dizayn və ya interyer dizayn sahəsinə keçid edə bilərsiz. Demək olar əksər iş sahələrinin bu şəkildə prespektivləri vardır. Doğru araşdırma aparmaq sizə yeni qapılar açacaqdır. Bu araşdırma zamanı həmin sahədə çalışan insanların Linkedin hesablarını izləmək və ya həmin insanlarla tanış olmaq  də sizə çox dəyərli bilgilər verəcəkdir.

Əgər doğru ixtisası oxumadığınızı  düşünürsüzsə və ya ali təhsiliniz yoxdursa bu da karyeranızda irəliləyə bilməyəcəksiz demək deyil.  Misal üçün copyrighter, SEO-SMM mütəxəssisi,UI ,UX dizayner, scrum master və ya bu kimi onlarla yeni peşə sahələri son illərdə çox tələb gördüyünü deyə bilərik. Bir çox hallarda gənclər bu peşə sahələrinin onların ixtisasına uyğun olmadığını və ya bu sahədə təhsil almadıqlarını düşünüb üzərindən keçir. Bilmək lazımdır ki, hazırda nəyinki Azərbaycanda dünyada da çox az universitet bu yeni sahələrlə bağlı təhsil verir. İnsanlar müxtəlif internet resursları onlayn kurslar (youtube coursera,udemy) və s. vasitələrlə bu peşələrə yiyələnib karyerasını qururlar. Siz də müəyyən vaxt sərf edərək  kodlaşdırma, dizayn, data analizi və s. bu kimi sahələri öyrənib hətta ofisə belə getmədən frilans olaraq kifayət qədər gəlir əldə bilirsiz.  Bütün bunlar üçün ingilis dilini öyrənməyin önəmini də vurğulamadan keçməyək.

Ola bilər ki, yeni peşə sahələrini araşdırmayaraq   xəyalınızdakı işi tapmaq şansını itirirsiz. Yaxın gələcəkdə hələ hansı sahələrin yaranacağını, tələb görəcəyini dəqiqliklikdə demək qeyri-mümkündür. Yuxarıda da  qeyd etdiyimiz kimi ancaq və ancaq şərtlərə uyğunlaşma bacarığınız və doğru zamanda doğru qərarlar verərək  karyeranızda böyük uğurlar əldə bilərsiz.Yeri gəlmişkən, “uğurlu karyera” da nisbi anlayışdır. Kiminə görə Forbes jurnalına çıxmaq uğurlu karyeradır kiminə görə heç kimdən asılı olmadan maddi təminatını qarşılamaq uğurlu karyera sayıla bilər.Siz də özünü daha yaxşı tanıyaraq hədəflərinizi müəyyən edə bilərsiz.

Əmək bazarının reallıqları daxilində işçi qüvvəsinin qiymətləndirilməsi bilmək  karyera planlamanızda əsas təsir edən faktorlardan biri olacaqdır. Aydındır ki, maddi təminat məsələsini diqqətə almadan istəklərə , bacarıqlara və dəyərlərə uyğun karyera istiqaməti seçmək də uzunmüddətli dönəmdə ciddi problem yarada bilir. Müəyyən sahədə vaxt və enerji sərf etdikdən sonra real əmək bazarında bu sahəyə tələbatın olmadığı və ya gəlir səviyyəsinin çox aşağı olduğu görmək  fərqli karyera istiqaməti seçməyə məcbur edən səbəblərdən biri ola bilər

 

Fəaliyyət planı hazırlayın .

Bunu daha yaxşı izah etmək üçün belə bir misal çəkə bilərik, təsəvvür edin daha öncə getmədiyiniz uzaqdakı bir yerə getmək üçün  piyada ,  uzun bir yola çıxırsız .Bunu necə edə biləcəyini düşünürsüz. Öncəliklə sizə yol boyu lazım olacaq vasitələri seçib hazırlamalısız, sonra xəritədən gedəcəyiniz ən qısa və  rahat yolu,  eləcə də yolda dayanacağınız  nöqtələri müəyyən etməlisiz. Əks halda ya vasitələriniz yetərsiz olacaq istədiyiniz yerə gedib çata bilməyəcəksiz ya uzaq yolu seçdiyiniz üçün həmin məntəqəyə çox gec çatacaqsız. Yəqin ki , misaldan da  anlaşıldı bu  sizin karyera yolunuzdur. Eynən yola çıxmazdan öncə hazırlaşılan kimi karyera planlaması zamanı da belə hazırlaşmaq lazımdır

Karyeranız boyu sizə lazım olacaq bacarıqlar, təhsil,  şəbəkəniz, təcrübə proqramları,  könüllü işlər  və s. hamisi sizin üçün bir vasitə olacaqdır. Təbii olaraq, yuxarıda qeyd etdiyimiz kimi nəyin nə zaman necə edilməli olduğunu bir kağız-qələm götürüb düşünərək yazmaq qeyri mümkündür. Karyera fəaliyyət planı hazırlamaq, nəyə ehtiyac olduğunu anlamaq  üçün öncəliklə iş həyatının içində özünü tanımaq və çalışacağın iş sahəsini müəyyən etmək lazımdır.  Bu iki əsas məsələni həll etdikdən geriyə qalan sizə bu yolda lazım olan vasitələri müəyyən etmək olacaq. Karyera prespektivlərində qeyd etdiyimiz detalları da öyrənmək sizin üçün fəaliyyət planı hazırlamada olduqca gərəkli olacaq. Hazırda çalışdığınız müəyyən bir sahədə irəliləmək üçün gərəkli texniki və funksional bacarıqlar, təhsil , mühit  kimi gərəkli detalları öncədən bilmək sizə hazırlaşmağınız üçün vaxt üstünlüyü də verəcəkdir.

Qeyd etdiyimiz bu üç mərhələni diqqətli şəkildə apardıqda sahənizdən asılı olmayaraq uğurla karyera da zamanla formalaşacaqdır.