"Karyerana başla!" Yay Məktəbi
KARYERANA yay məktəbində BAŞLA!
2-7 iyul tarixlərində Daşkəsən rayonunda Gənclər və İdman Nazirliyi dəstəyi və DVC-nin təşkilatçılığı ilə "Karyerana başla" yay məktəbi keçiriləcək.
Bu düşərgənin məqsədi gənclərin “Karyerama haradan? Necə başlayım?” suallarına cavab tapmağa imkan yaratmaq, onların karyera planlamasına istiqamət vermək, peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.
Son qeydiyyat tarixi: 23 iyun, saat 23:00
Məkan: Daşkəsən Gənclərin Təlim və İstirahət mərkəzi
Tarix: 2-7 iyul 2023-ci il