"Karyeranı Yüksəlt" təqaüd proqramı ilə bağlı infosessiya
"Karyeranı Yüksəlt" təqaüd proqramı ilə bağlı sualların var?
21 fevral, saat 19:00-da Code Academy-də keçiriləcək infosessiyaya gəl, səni maraqlandıran bütün suallara cavab tap.
Belə ki, infosessiyada
- Code Academy-nin Biznesin inkişafı üzrə meneceri Cem Sertdağ
- Code Academy-nin Marketinq və kommunikasiyalar departamentinin direktoru Gülşən Cumayeva
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament direktoru Fatimə Ələkbərova iştirak edərək, təqaüdlə bağlı ətraflı məlumat verəcəklər.
İnfosessiyaya qoşulmaq üçün qeydiyyatdan keç, karyerasını inkişaf etdirib, yüksəldən şəxslərdən biri də sən ol
Qeyd edək ki, iştirakçı sayı limitlidir.