kendlerde-heyvandarliq-sahesinde-aile-biznesinin-ve-ozunumesgullugun-inkisafi-layihesi--

“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi

“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi

“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.

        Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Samux rayonları üzrə ümumilikdə 200 nəfər vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçim mərhələsinə artıq başlanılıb. Layihə iştirakçılarına dair digər tələblər aşağıdakılardır:

  • Cins heyvanların saxlanması-bəslənməsi üzrə ən az 1-3 illik təcrübəsi olmalı;
  • Heyvanın sərbəst hərəkət etməsi üçün saxlanılacağı tikilinin (tövlənin) minimal ölçülərinin 3.5×4.5 metr olmalı;
  • Tövlədə heyvan hərəkət edən zaman travma almaması üçün tövlənin iç tərəfinin suvaqlı olmalı;
  • Təbii işıqlandırma üçün tövlə pəncərələrlə təchiz olunmalı;
  • Havalandırma üçün ventelyasiya nəfəslik quraşdırılmalı;
  • Heyvanın saxlandığı tövlənin temperaturu 10-25 dərəcə səviyyəsində olmamalı;
  • Tövlənin döşəməsi düz betonlanmış və üzəri xüsusi rezin örtük, torf və ya ağac yongarı qarışığından 3 sm-lik qatla örtülməli;
  • Yem üçün ayrılmış xüsusi yer maksimum 15-20 sm hündürlüyündə baryerlə ayrılmalı;
  • Su üçün ayrılmış xüsusi çənin eni minimum 30 sm olmaqla tutumu 40 litr olmalı;
  • Tövlə elektriklə təchiz olunmalı və qaşovdan istifadə olunmalı;
  • Yem saxlamaq üçün ayrıca məkan olmalı və yemqıran avadanlığın işləməsi üçün elektriklə təchiz olunmalı;
  • Sağım üçün gigiyenik ayrıca yer ayrılmalı;,
  • Həyətdə heyvanların gəzməsi üçün ən azı 10 sot ərazi olmalı;
  • Tövlə qrunt sularından, bataqlıqdan və s. hündür yerdə tikilməli, tövlənin qapısı şimal tərəfə açılmalı;
  • Pəncələrin hündürlüyü elə seçilməlidir ki, ikitərəfli hava cərəyanı olmasın, tövlənin girişində dezokovrik (dezinfeksiya döşəyi) qoyulmalı;
  • Tövlənin bir hissəsində xüsusi geyim saxlanması üçün yer olmalı;
  • Tövlənin pəncərələri heyvanın bel nahiyyəsindən hündürdə quraşdırılmalı;
  • Heyvanları mövsümü xəstəliklərdən qorumaq üçün ayda 4 dəfə çimizdirilməli, bunun üçün çiləyici verilməli;
  • Heyvanların aktiv gəzintisi üçün xüsusi yer olmalı;
  • Heyvanlar qaba, qüvvəli və qarışıq sulu şirəli yemlərlə təmin olunmalıdır.

 

Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi, və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.

           Qeyd edək ki, layihə Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyasının əməkdaşlığı ilə təşkil olunur.

Qeydiyyat üçün linkə daxil olmaq və tələb olunan məlumatları doldurmaq lazımdır. 

Əlavə