“Kiber Ulduz” Milli CTF Liqası – kibertəhlükəsizlik üzrə yarış keçiriləcək!
"Kiber Ulduz" Milli CTF Liqası-kibertəhlükəsizlik üzrə yarışların həyata keçirilməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunmuşdur.
Liqa çərçivəsində ilk yarış 15 aprel tarixində 12-17 yaş arası 100 yeniyetmənin iştirakı ilə baş tutacaq. Elm və Təhsil Nazirliyinin və "Cyberpoint" şirkətinin dəstəyi ilə keçiriləcək bu yarışın texniki təşkilatçıları qismində "interprobe" və "UnifyBytes" şirkətləri çıxış edir.
CTF("Capture the flag) - kibertəhlükəsizlik sahəsində keçirilən praktiki təlim yarışlarının əsas məqsədini kompüter sistemlərinin mühafizəsi üzrə biliklərin yarış mühitində təcrübəyə tətbiq edilməsi üçün imkanların yaradılması təşkil edir. CTF yarışlarında iştirak edən şəxslər kibertəhlükəsizlik sahəsində bilik və təcrübə qazanacaq, yeni peşəkar əlaqələr quracaq və kibertəhlükəsizlik üzrə araşdırma təcrübəsi əldə edəcəklər.
Yarış çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəiflik və boşluqların istismarı, kriptografiya, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqlar veriləcək.
Tədbir zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsiyinin təmin olunması sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin nümayəndələri, habelə AKTA ekspertləri bölüşəcək, eləcə də qiymətləndirmə və mükafatlandırmada iştirak edəcəklər.
Yarışda ən yüksək nəticə göstərən 3 komandaya aşağıdakı mükafatlar veriləcək:
1 yer 2000 AZN
2 yer - 1000 AZN
3 yer-500 AZN
Joker Sual-Qiymətli Hədiyyə
Ətraflı məlumat və qeydiyyat üçün keçid