kimyaci-medeniyyet-sarayinda-emek-yarmarkasi-kecirilecek--

“Kimyaçı” Mədəniyyət Sarayında əmək yarmarkası keçiriləcək

Sumqayıtda Əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 9 iyun tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.

Yarmarkada 250-dən çox vakansiya təqdim ediləcək. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. İşaxtaranların CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əmək yarmarkası “Kimyaçı” Mədəniyyət Sarayında 14 iyun tarixində təşkil ediləcək.

CV-niz olmadığı halda, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən “CV Yarat” platformasından (www.cvyarat.az) yararlana bilərsiniz.