kisiler-gender-beraberliyi-ucun-fealiyyetde-telim-proqrami--

"Kişilər gender bərabərliyi üçün fəaliyyətdə" təlim proqramı

Avropa İttifaqının maliyyə dəstəyi, Şərq Tərəfdaşlığı Vatandaş Cəmiyyəti təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində Resource HUB-in əməkdaşlığı ilə HeForShe Azərbaycan "Kişilər gender bərabərliyi üçün fəaliyyətdə" proqramını elan edir.

Layihə kişilərin gender bərabərliyinə töhfələrini artırmaq, HeForShe dəstəkçilərini təlimlər və icma işləri ilə səlahiyyətləndirmək məqsədi daşıyır.

Program 3 hissədən ibarətdir və Bakı, Lənkəran, Zaqatala və Gəncədən olan 17-24 yaşlı gender bərabərliyinə töhfə vermək istəyən kişi iştirakçılar üçün nəzərdə tutulmuşdur.

9,10,11 May Bakıda 3 günlük intensiv təlim proqramı həyata keçiriləcək, iyun ayında program iştirakçıları öz toxum təşəbbüslərini reallaşdıracaq, iyulda isa proqramın rəsmi bağlanış konfransı baş tutacaq.

Layihəyə müraciət üçün qeydiyyat formunu doldurun

Qeydiyyat formu

Son müraciət tarixi: 30 Aprel, 23:59