kob-larin-elm-ve-destek-layihelerinin-maliyyelesdirilmesi-ile-bagli-musabiqe-elan-edilir--

KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. 

Şərtlər: 

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr elm və ya dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.03.2022-ci il tarixindən başlanılması nəzərə alınmalıdır; 

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur. 

Layihə sənədlərinin qəbulu: 15 noyabr 2021-ci il, saat 09:00-dan – 14 dekabr 2021-ci il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır). 

 Ətraflı məlumat