kobia-ile-musiad-rehberliyi-arasinda-gorus-kecirilib--

KOBİA ilə MÜSİAD rəhbərliyi arasında görüş keçirilib

Noyabrın 15-də Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (IBF) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı arasında görüş keçirilib. 

Görüşdə yeni əməkdaşlıq istiqamətlərinə və birgə təşəbbüslərin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.