kobia-nin-numayendesi-genc-sahibkarlarin-viii-beynelxalq-forumunda-istirak-edib--

KOBİA-nın nümayəndəsi Gənc Sahibkarların VIII Beynəlxalq Forumunda iştirak edib

Tatarıstanın paytaxtı Kazanda bu ölkənin Gənclər və İdman Nazirliyinin, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və Tatarıstanın “Sələt” Gənclər Fondunun birgə təşkilatçılığı ilə İƏT ölkələrinin Gənc Sahibkarlarının VIII Forumu keçirilib.

Ənənəvi olaraq keçirilən forum çərçivəsində İƏT ölkələrində uğurlu biznesin qurulması mövzusunda plenar iclas keçirilib. İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Anar Yusifzadə Azərbaycanda sahibkarlıq fəaliyyəti, biznesin qurulmasına dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.