kobia-nin-terefdasligi-ile-ey-ilin-is-adami-musabiqesinin-qalibi-secilecek--

KOBİA-nın tərəfdaşlığı ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək

EY Azərbaycan şirkətinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi martın 10-da elan ediləcək. 

Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Bunlar “ATL Tech”, “ELAD”, “Fortune Trade”, “IDEA”, “JL Tech”, “Your Decor and Events”, “ZIRA Natural & Gourmet” şirkətləri, “Portmanat” və “YIĞIM Ödəniş Sistemi”dir. Qalib bu şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

Artıq üçüncü ildir ki, KOBİA-nın tərəfdaşlığı ilə təşkil olunan “EY İlin İş Adamı” müsabiqəsi ABB-nin maliyyə dəstəyi ilə keçirilir. AZPROMO və “Ekvita” müsabiqənin tərəfdaşları sırasındadır.

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil edilən "EY İlin İş Adamı" müsabiqəsi dünyanın nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır.

         Müsabiqə haqqında ətraflı məlumat