kobia-turkdilli-dovletlerin-emekdasliq-surasinin-biznes-forumunda-temsil-olunub--

KOBİA Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Biznes Forumunda təmsil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş Türk Ticarət və Sənaye Palatası Biznes Forumunda Azərbaycan və tükdilli ölkələrin biznes dairələri arasında əməkdaşlıq perspektivlərinə, bu istiqamətdə Agentliyin göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüb. 

Qeyd olunub ki, türkdilli ölkələr arasında yüksələn xətlə inkişaf edən ikitərəfli və çoxtərəfli əlaqələr biznes sektorunda da əməkdaşlıq üçün geniş imkanlar yaradır. KOBİA türkdilli dövlətlərin bir sıra təsisatları ilə əməkdaşlıq edir. Yerli iş adamları ilə yanaşı, Azərbaycanda biznes fəaliyyət ilə məşğul olan xarici sahibkarlar da KOBİA-nın xidmətlərdən istifadə etməkdədir. Türkdilli ölkələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri arasında əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıqların qurulması və inkişafı prioritet istiqamətlər sırasındadır. KOBİA Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlərə müvafiq istiqamətdə dəstək göstərməyə, o cümlədən aidiyyəti qurumlarla əlaqələndirmə və etibarlı yerli tərəfdaşların müəyyən edilməsində köməklik etməyə hazırdır. KOB-ların vahid platforma üzərindən əlaqələndirilməsi də türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verə bilər.