kobia-ve-abs-in-alhambra-palatasi-arasinda-gorus-kecirilib--

KOBİA və ABŞ-ın Alhambra Palatası arasında görüş keçirilib

ABŞ-a işgüzar səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüşüb. 

BMT-nin Baş Qərargahında təşkil olunmuş görüşdə palata və KOBİA arasında mümkün əməkdaşlığa, KOB-ların dəstəklənməsinə, Azərbaycan və ABŞ-ın biznes dairələri arasında yeni əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.