kobia-ve-azebi-arasinda-emekdasliga-dair-sened-imzalanib--

KOBİA və AZEBİ arasında əməkdaşlığa dair sənəd imzalanıb

Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

Biznes Forum çərçivəsində Kiçik vә Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vә Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədə əsasən tərəflər qarşılıqlı sәrmayә qoyuluşlarının hәyata keçirilmәsindә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi, biznes şәbәkәnin yaradılması kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.