kobia-ve-azerbaycan-fransa-ticaret-palatasinin-numayendeleri-arasinda-gorus-kecirilib--

KOBİA və Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici iş adamları arasında əlaqələrin genişləndirilməsi, yeni biznes təşəbbüslərinin reallaşdırılması istiqamətində görüşlərini davam etdirir. 

Aprelin 6-da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının (AFchamber) İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb. 

Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, o cümlədən tədbirlərin və layihələrin icrası, palata və KOBİA arasında bu sahədə birgə əməkdaşlıq müzakirə edilib.