kocurule-bilen-bacariqlarin-karyeramizdaki-rolu-vebinari-kecirilecek--

“Köçürülə bilən bacarıqların karyeramızdakı rolu” vebinarı keçiriləcək

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində ödənişsiz "Köçürülə bilən bacarıqların karyeramızdakı rolu" vebinarı keçiriləcəkdir.

Tədbir dörd mövzu başlığı altında keçiriləcək:

1. "Ünisyyət bacarığının karyeramıza təsiri"

2. "Komanda işi və əməkdaşlığın karyeramızda önəmi"

3. "Kreativ düşüncənin karyeramızaki önəmi"

4. "Emosional intellektin karyeramızdakı yeri"

Spiker qismində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşları çıxış edəcəkdir.

Qeyd edək ki, görüş 27 iyul, 19:00-da "Zoom" platformasında keçiriləcəkdir.