komanda-isi

Komanda işi

Komanda işi effektiv şəkildə bir qrupla iş bölgüsü edərək işləməkdir. Ünsiyyət, özünü idarəetmə və təvazökarlıq kimi bir çox əsas xarakterik cəhətlər insanın komandada işləmə qabiliyyətini dəstəkləyir. Komanda işi insanlarla ünsiyyət qurmaqdan daha çox şey deməkdir. Yaxşı bir komanda üvzü olmağın açarı bir qrupun ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tutmaqdır.

Bəs komanda işinin əhəmiyyəti nədir?

Effektiv bir komanda, hər bir komanda üzvünün ümumi bir hədəfə çatmaq üçün bacarıq və istedadlarından istifadə edərək kollektiv formada işləməsidir.

Sadə dillə desək, komanda işi bir qrup insanın fərdi bacarıqlarını birləşdirərək əla nəticələr əldə etməsidir.

Fikir versəniz, ən böyük layihələrin arxasında yaxşı bir komandanın olduğunu görəcəksiniz. Effektiv komandalar güclü iş əlaqələri qurur və bu da daha yaxşı nəticələrə kömək edir.

1. Yeni ideyaların yaranmasına gətirib çıxarır

Bir işçi vərdiş etdiyi kimi düşünür. Ancaq bir neçə yeni komanda üzvündən müxtəlif fikirlər çıxa bilir və bu da hər hansı bir problemi həll etmək üçün fərqli fikirlər deməkdir.

Komanda işi bilik və fikir mübadiləsini maksimum dərəcədə artırmağa kömək edir. Bu da öz növbəsində komanda üzvlərinin yeni bacarıqlar öyrənməsinə və daha yaxşı təcrübə qazanmasına gətirib çıxarır.

McKinsey-in apardığı bir araşdırma müxtəlif üzvlərdən (fərqli cins, yaş, etnik və s.) ibarət olan komandaların daha yaradıcı olduqlarını və yüzdə 35-ə qədər daha yaxşı performans göstərdiklərini aşkarlamışdır.

Əlavə olaraq, insanlar tək işləyəndə yenilik etmək həvəsi azalır. Bununla birlikdə, bir qrupun üzvü olduğunuz zaman, əməkdaşlıq və hesabatlılıq hissi ilə işçilər davamlı olaraq ən yaxşı işlərini ortaya qoyur.

Fərdi Bacarıq Dəstlərini birləşdirir.

Çox vaxt komanda şəklində birlikdə işləmək, fərdi üstünlüklərinizi qrupa gətirmək üçün bir-birinizə güvənmək deməkdir. Qabiliyyətli bir komanda, bir-birinin bacarıq dəstlərini tamamlayan bir qrup insan deməkdir. Bir komanda üzvü yaradıcılıq baxımından üstün olsa da, digəri hədəf təyinetməsində bacarıqlı ola bilər.

İşçilər tez-tez güclü və zəif tərəfləri ilə əlaqəli kor nöqtələrə sahibdirlər. İnsanlar komanda şəklində birlikdə çalışdıqda, davranışlarından daha yaxşı analiz edə bilirlər. Əlavə olaraq, effektiv komanda işi, yeni bacarıq dəstlərini kəşf etməyə kömək edir. Məsələn, əla bir kommunikator ola bilərsiniz, ancaq komanda da işləməmisiniz deyə bu bacarığınızdan xəbərdar olmaya bilərsiniz.

 

3. Daha az iş həyatının yaratdığı stres

Stress səssiz bir qatildir. Stresli bir iş mühitinin təsirləri çox böyükdür. Yalnız məhsuldarlığınıza deyil, fiziki sağlamlığınıza da təsir edir.

Bir çox tədqiqat, komanda işinin stresə müsbət təsir göstərdiyini aşkarlamışdır. Məktəb müəllimlərinə yönəlmiş sorğuya baxaq:

İşbirliyi edən müəllimlər tez-tez daha yüksək iş məmnuniyyəti, qabiliyyətlərinə olan inam və daha yüksək dəyər hissi bildirirlər. (Barshay 2014)

Müəllim əməkdaşlığı ayrıca təcrid hissini azaldır və mənbələri araşdıraraq və ümumi hədəflərə yönəldərək iş yükünü azalda bilir. (Hannover Araşdırma 2015)

Bir komandanın bir hissəsi olmaq, komanda üzvlərinə yalnız iş yükünü paylaşmaqda deyil, həm də bir-birlərinə ilham verməkdə kömək edir. Digər komanda üzvləri ilə əlaqə stres səviyyələrini geniş şəkildə təsir edə bilir. Çünki işçilər çətinliklərini bölüşə bilən və həll yolları təklif edən həmkarları ilə birləşərək daha yaxşı işləyirlər.

Nəticədə yaxşı komanda işi iş həyatınızda qarşılaşdığınız çətinliklərin öhdəsindən asanlıqla gəlməyə kömək edir, sizi daha məhsuldar bir işçiyə çevirir və stressi azaldır.