komfort-zonanizdan-kenara-cixin--

Komfort zonanızdan kənara çıxın

Komfort zonasında yaşayırsınız?

Bir anlıq düşünün. Həyatınız gündəlik qaydalarla doludur? Monotondur? Hər gününüz bir-birinə bənzəyir?
Bu suallara hə cavabını verirsinizsə, komfort zonasındasınız deməkdir.  


"Rahatlıq ən böyük tələdir və komfort zonanızdan çıxmaq isə ən böyük probleminizdir."
Özünüzü yaxşı hiss etdiyiniz, hər şeyin sizə tanış olduğu bir yerdə vaxt keçirməkdə heç bir problem yoxdur, ancaq əgər siz orada uzun müddət dayanırsınızsa, bu o deməkdir ki, həyat rutininiz durğunlaşmağa doğru gedir. 
Bu, siz bu zonada qalmaqla heç bir şeyə çata bilməyəcəksiniz demək deyil, ancaq özünüzü və edə biləcəyiniz şeyləri  məhdudlaşdırırsınız deməkdir. Həqiqətən mənalı bir hədəfə çatmaq, məmnun və qürurlu hiss etmək üçün bu hüdudlardan kənara çıxmaq lazımdır. Fərqli bir şey etmək üçün özünüzə meydan oxumalısınız və bu, sizə tanış olan hüdudlardan kənara çıxmağınızı tələb edir.
Daha çox şey etmək və daha böyük məqsədlərə çatmaq istəyirsinizsə, bu gün o ilk addımı atın və komfort zonasından çıxın. Yeni bir bacarıq öyrənin. Yeni bir layihəyə başlayın. Əvvəllər etmədiyiniz bir şey edin. Sizi məhdudlaşdıran şeylərdən qurtulun. 
Dünya indiyə qədər gördüklərinizdən daha böyükdür, bəs niyə öyrəşdiyiniz kiçik hissə ilə məhdudlaşmalısınız? Araşdırılmayan şeyləri araşdırın, bunun sizə təsirini görəcəksiniz. Bu həyəcanverici, məmnunedici və ecazkar ola bilər.
Komfort zonası sərgüzəştlər arasında istirahət etmək üçün bir yerdir. Əbədi yaşamaq üçün yer deyil. Əlbətdə, xoşagələn hiss ola bilər, amma eyni zamanda bir çox peşimanlığa da səbəb ola bilər.
Böyük potensialınız var, ancaq onu araşdırmaq və üzə çıxarmaq üçün uyğun mühitə ehtiyacınız ola bilər. O mühit sizə meydan oxuyacaq və həyəcanlandıracaq, buna görə də o mühitin axtarışına çıxın və harada olduğunu öyrənin.

Komfort zonasından çıxmaq özünüzü təhlükəyə atmaq demək deyil. Komfort zonasına öyrəşmisinizsə, kiçik addımlar ataraq bu zonadan çıxmağa başlayın. Yeni bir yerdə işləməyi sınayın. Yeni insanlarla tanış olun. Yeni fəaliyyətləri təcrübədən keçirin. Hər hansı bir tədbirdə könüllü olaraq iştirak edin. Hər hansı bir fəaliyyətda təşəbbüskar olun. Tanış olmayan şeylərdən kənar həyatın əyləncəli və faydalı ola biləcəyini və daha böyük nailiyyətlərə doğru irəliləyə biləcəyinizi görəcəksiniz.
Özünüzə meydan oxuyun və sərhədlərinizdən çıxın; komfort zonasından çıxmaqla nələr əldə edə biləcəyiniz və nələrə çata biləcəyiniz sizi təəccübləndirəcək. 


"Komfort zonanızdan çıxmaq əvvəlində çətin, proses ərzində xaotik və sonda isə möhtəşəmdir ... çünki sonda sizə yeni bir dünya göstərir!"
Sadəcə bir addım atın.