kommunikasiya-zamani-beden-dili

Kommunikasiya zamanı bədən dili

          ”Danışsam, məni sadəcə ingiliscə bilənlər anlayacaq, amma səssiz bir filmi hərkəs anlaya bilər.” Bu fikir Çarli Çaplinə aiddir.

Bu sözdən belə nəticəyə gəlmək olar ki, fikrimizi ifadə etmək üçün heç də hrə zaman danışmağa ehtiyacımız yoxdur. Bədən dili bütün dünyada eynidir (istisna hallar mövcuddur). İndi isə bədən dilinin önəminə nəzər salaq. Araşdırmalar onu göstərir ki, ünsiyyətdə 55% bədən dili, 37% səs tonu, 8% isə deyilən söz mühüm rol oynayır. Yəni, nə dediyinizdən çox necə dediyiniz önəmlidir. Bədən dili cinayətkarların aşkar olunmasında, iş müsahibələrində, satışda, xidmət sahəsində, şəxsi həyatımızda istifadə olunur. Misal üçün araşdırmalarda bəlli olmuşdur ki, kişilər yalan danışanda adətən yerə baxır, qadınlar isə tam əksi yuxarı doğru baxırlar. Yəqin ki, həyatımızda bir dəfə belə olsa, “Gözlər yalan danışmaz”, “Mən yalanı adamın gözündən anlayıram” ifadələriylə qarşılaşmışıq. Bunun səbəbi isə çox sadədir. Göz bəbəklərimiz təhlükə əsnasında yaxud təhlükə ehtimalını hiss etdikdə genişləyir. Yalan danışdıqda, qarşımızdakının bizə inanıb inanmadığına baxmaq üçün bütün diqqətimizi qarşı tərəfə yönəldirik. Bu da göz bəbəklərimizin böyüməsinə səbəb olur. Onu da qeyd edim ki, sevdiyimiz yaxud çox istədiyimiz insanlara qarşı da eyni reaksiyanı veririk. 
        Bədən dilində əllərin və ayaqların da rolu böyükdür. Əgər 2 nəfərin ayaqüstü söhbətinə qıraqdan baxsaq, ayaq duruşlarından bilmək olar ki, hansı söhbətdən sıxılıb, hansı daha çox danışmaq istəyir. Ayaq istiqaməti qarşısındakına deyil də, yola tərəf olan bir an öncə ordan uzaqlaşmağı düşünür. Bu nüans kollektiv görüşlərdə də müşahidə olunur. Belə ki, qrup halında dayanan zaman bir nəfərin ayağının istiqaməti digər yoldaşına doğrudursa, güldüyü vaxt ona baxaraq gülümsəyir.

İndi isə əllərdən danışaq. Qarşımızdakı birini inandırmaq üçün nə etməliyik? 
●    Hələ qədim dövrlərdən ovuc içi göstərmək "mən silahsızam, təhlükəsizəm" mənasına gəlirdi (hazırda uzaqdan salamlaşdığımızda etdiyimiz əl hərəkəti). Buna misal olaraq ölkə rəhbərlərinin xalqa müraciət zamanı ovuc içinin açıq formada danışmağını göstərə bilərik.  
●    Əgər ovuc yuxarıdırsa, nəsə istəmək mənasına gəlir. Əksinə ovuc aşağı doğru baxırsa, (buna misal olaraq Hitler salamlamasını göstərmək olar) üstünlük qurmağa çalışır deməkdir.
●    Əlləri  bir-birinə keçmiş şəkildə duran biri ya gərgindir, ya da utanır. Əlləri qarşıda birləşdirmək tabe olmaq, arxada birləşdirmək isə azadlıq mənasına gəlir.
●    Əllərin qoyunda birləşməsi adətən arada sədd qoymaq kimi görünür, lakin bəzi insanlarda istisna hallar mövcuddur ki, həmin insanlar elə durduqda rahat hiss edirlər.  
●    Bir nəfər danışanda dinləyici tərəf əli ilə ağzını tutursa, əlavə etmək istədiyi sözlərin olduğu anlamına gəlir.
●    Üzə aparılmış əlin baş barmağı yuxarıdırsa, sizinlə razılaşır, aşağı doğrudursa, sizinlə eyni fikirdə deyil deməkdir. 
●    Danışan birini diqqətlə dinləyən şəxsin başı özündən asılı olmadan yana doğru əyilir. Bu, həmin şəxsi diqqətlə dinlədiyini göstərir.
●    İnsanlar yalan danışarkən yaxud günahkar hiss edərkən, üzlərini gizlətmək ehtiyacı hiss edirlər. Ona görə adətən yalan danışan zaman əl üzə və ya saçlara gedə bilir. 

Komnukasiyada bədən dilinin önəminə gəldikdə isə, qarşımızdakına nə qədər rahat olduğumuzu göstərsək, oda bizə qarşı o qədər rahat hiss edəcək və bütün ünsiyyət effektiv keçəcək.(əlbətdə hər vəziyyətdə bu alınmaya bilər).