kontent-nezareti-uzre-tecrubeci-vakansiyasi

Kontent nəzarəti üzrə təcrübəçi vakansiyası

"JOEL MMC” Kontent nəzarəti üzrə təcrübəçi vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:

-Təhsil:Ali

-Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst

-Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı

-Təcrübə yaxud sertifikat:Tələb olunmur

Vəzifə öhdəlikləri:

1. Məzmunun yoxlanması – iş axınının nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Müştəri tərəfindən yüklənmiş şəkillərin təsdiqlənməsi;

2. Məlumatların müqayisə edilməsi – Şirkət tərəfindən müəyyən edilmiş məzmun tələblərinə əməl etməklə məzmunun müvafiq şəkillərlə müqayisə edilməsi;

3. Hesabatların hazırlanması – məzmun uyğunsuzluqları siyahısından seçilmiş həll yolları əsasında məzmundan imtina haqqında hesabatların hazırlanması;

4. Reviziyaların idarə edilməsi – məzmun düzəlişləri ilə bağlı tarixlərin arxivləşdirilməsi, versiyaların yenilənməsinin monitorinqinin həyata keçirilməsi;

5. Rəylərin izlənilməsi – məzmun fəaliyyətinin izlənilməsi və alınan şərhlərdən asılı olaraq Müştəriyə rəyin təqdim edilməsi;

6. Keyfiyyətə nəzarət – məzmunun keyfiyyət tələblərinə əsasən qiymətləndirilməsi və CRM sistemi daxilində düzəlişlərdən asılı olaraq məzmuna uyğun qiymətlərin təyin edilməsi.

İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)

İş saatları: 10:00 - 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.

Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.<