“Konturplastika Prosedurlarında Ultrasonoqrafiyanın İstifadəsi və Əhəmiyyəti” mövzusunda vebinar keçiriləcək.
14 iyul saat 15:00-da “Konturplastika Prosedurlarında Ultrasonoqrafiyanın İstifadəsi və Əhəmiyyəti” mövzusunda vebinar keçiriləcək.
Vebinarda iştirak ÖDƏNİŞSİZDİR.
Vebinarda biz bu və digər suallara cavab verməyə çalışacağıq:
- Kosmetoloq hialuron turşusu doldurucu inyeksiyalarının təhlükəsizliyini və effektivliyini necə artıra bilər?
- Ultrasəsdən istifadə edərək xəstədə əvvəllər qəbul edilmiş preparatları necə təyin etmək olar?
- Böyük damarların dərinliyinə nəzarət etmək üçün ultrasəsdən necə istifadə etmək olar?
- Xüsusilə xəstə ilə fikir ayrılığı olduqda, yeridilmiş gelə nəzarət etmək üçün ultrasəsdən necə istifadə etmək olar?
Vebinarın spikeri - Dr. Səbuhi Əbilov. Həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi, "International Academy of Aesthetic Procedures" üzvü.
Vebinar xüsusilə estetik kontur plastika sahəsində artıq təcrübəyə malik kosmetoloqlar, müxtəlif ixtisaslar üzrə həkimlər, nüfuzlu mənbələrdən daha çox məlumat almağa ehtiyacı olan yeni fəaliyyətə başlayan kosmetoloqlar, eləcə də bu sahədə mövcud tendensiyalardan xəbərdar olmaq istəyən hər kəs üçün faydalı olacaqdır.
Tədbir Azərbaycan Estetik və Sağlamlıq Assosiasiyası və kosmetologiya sahəsində ixtisasların hazırlanması və təkmilləşdirilməsi üzrə xüsusi proqramlar həyata keçirən Aesthetic & Wellness World Academy tərəfindən təşkil olunub.