konullu-layihe-koordinatoru-uzre-komanda-yoldasi-axtarilir

"Könüllü Layihə Koordinatoru" üzrə komanda yoldaşı axtarılır

"Dəstəkçi" Sosial Sahibkarlıq Platforması "Könüllü Layihə Koordinatoru" üzrə komanda yoldaşı axtarır.

"Layihə, İnnovasiya, Startup mənim sahəmdir" deyənlər elanı sona qədər oxusunlar.

Kimləri axtarırıq:

- araşdırmağı sevən

- ideyalarla dolu

- təşkilatçılıq bacarığı yüksək olan

- layihə, innovasiya sözlərini görəndə bir ayrı həyəcanlanan

- sosial sahibkarlıq, sosial innovasiya, sosial və ətraf mühit mövzularına maraqlı olan 

- yaradıcı düşünənlər

 

Bəs siz bizimlə işləməkdən nə qazanacaqsınız: 

- yaradıcı və təşəbbüskar komandanın bir parçası olma

- şəxsi və peşəkar inkişafınız üçün imkan

- uğurlu networking əlaqələri 

 

İş şəraiti - Freelancer 

 

Qeyd: Biz sizdən təcrübə tələb etmirik, təcrübəni biz sizə qazandırırıq.

Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər, öz CV və "Niyə O ən uğurlu namizəddir?" sualına cavabı ilə birlikdə [email protected] elektron poçt ünvanına başlıqda "Layihə Koordinatoru" qeyd edərək göndərə bilərlər. 

Son müraciət tarixi:    15.05.2022