konullu-muxbir--layihesine-start-verilir--

"Könüllü müxbir" layihəsinə start verilir

Televiziya, radio, jurnalistika, mətbuat sahələrinə bacarığı və marağı olan könüllülərin nəzərinə!

Layihənin əsas məqsədi televiziya, radio, jurnalistika, mətbuat sahələrinə bacarığı və marağı olan könüllülərin üzə çıxarılması, onların bu sahəyə olan maraqlarının və karyera imkanlarının yaradılmasıdır.

Layihəyə qoşulmaq istəyən könüllülər özlərinin seçdiyi maarifləndirici mövzu üzrə qısa məqalələr hazırlayacaqlar. Hazırlanan məqalələri isə kamera qarşısında radio və ya televiziya aparıcısı kimi təqdim edəcəklər. Göndərilmiş videdomateriallar  münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib könüllülər təyin olunacaqdır. Belə ki, ilk beşlikdə yer alan videolar həftə ərzində təyin olunmuş günlərdə ASAN Könüllülərinin rəsmi bütün sosial şəbəkə hesablarında paylaşılacaqdır. I yerin qalibi olan könüllü isə "ASAN Radio"nu bir gün ərzində qonağı olacaq, iş prosesi ilə yaxından tanış olma imkanı əldə edəcək, yayımlanan sosial istiqamətli bir proqramın könüllülərin ümumi fəaliyyətinə həsr olunmuş bir buraxılışının hazırlanmasında və təqdimatında aparıcı ilə birgə fəaliyyət göstərəcək. 

Videomateriala aid tələblər:

  • videomaterial 25.11.2021-ci il tarixinədək göndərilməli
  • çəkilmiş videolar 9:16 ölçüsündə olmalı
  • videomontaj proqramlarından istifadə etməməli
  • hazırlanan məqalə maarifləndirici xarakterli olmalı
  • məqalə videonu saxlamadan və kəsinti olmadan birbaşa təqdim edilməli
  • videonun müddəti 30 saniyəni keçməməli
  • video təyin edilmiş elektron poçt ünvanına göndərilməli
  • göndərən zaman könüllünün fəaliyyətdə göstərdiyi mərkəz, ad, soyad, ata adı, K qrupu , hazırladığı məqalənin istiqaməti göstərilməli 

E-mail:   [email protected]