konullulerin-layihe-ideyalarinin-desteklenmesi-ucun-yeni-musabiqeye-start-verilir--

Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün yeni müsabiqəyə start verilir!

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq “Könüllü Təşəbbüslər” layihə müsabiqəsinə layihə təkliflərinin qəbuluna başlanılır.

Müsabiqə regionlarda könüllülük fəaliyyətinin inkişafı, könüllülərin ideyalarının dəstəklənməsi, könüllülər arasında sosial məsuliyyətin artırılması məqsədi ilə həyata keçirilir.

Azərbaycan könüllüsü olan 16-29 yaş aralığında fiziki şəxslər 5 istiqamət (sosial, ekoloji, vətənpərvərlik, icma təşəbbüsləri və heyvanlara qayğı istiqamətləri) üzrə layihələrini təqdim edərək müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan könüllüləri https://teshebbus.konullu.az səhifəsinə daxil olaraq məlumatları göndərməklə müsabiqənin iştirakçısı ola bilərlər.

Müsabiqədə iştirak üçün layihə təklifləri 1 may 2022-ci il saat 18:00-dək yuxarıda qeyd olunan qaydada təqdim edilməlidir.

Qeyd: Müsabiqə çərçivəsində seçilən layihələrdə region könüllülərinin həmrəylik nümayiş etdirərək birgə fəaliyyəti əsas götürüləcək. Keçirilən layihələrdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə regionlarda mövcud Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri resurs mərkəzi rolunda iştirak edəcəkdir.


Qeydiyyat