konullulerle-is-uzre-idarecilerin-inkisaf-proqramina-start-verilir--

Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramına start verilir

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramına start verilir.
30 iyul – 1 avqust tarixlərində keçiriləcək proqrama AKTİ-yə üzv olan könüllü təşkilatlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxslərinin cəlb olunması nəzərdə tutulur.

Proqramın əsas məqsədləri aşağıdakılardır:
Dövlət orqanlarında könüllü fəaliyyətinin tənzimlənməsi sahəsində peşəkarlığın artırılması;
Qabaqcıl işlək təcrübələrin sahə üzrə fəaliyyət göstərən təşkilatlarda tətbiq olunması;
Fərqli təşkilatlarda müvafiq sahədə çalışan şəxslər arasında fikir mübadiləsinin təmin olunması;
Müvafiq sahədə çalışan əməkdaşların sertifikasiyadan keçirilməsi.

Proqram çərçivəsində iştirakçılara ümumilikdə 6 sessiya olmaqla “Könüllülüyün qanunvericilik üzrə əsasları”, “Könüllülərin cəlb olunması və saxlanması”, “Könüllülər proqramının qurulması”, “Könüllülərin seçim prosesinin aparılması”, “Könüllülərin komanda işinin qurulması” “Azərbaycanın gənclər siyasəti” mövzularında təlimlər keçiriləcək.
Proqramı uğurla başa vuran iştirakçılar imtahan nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsi üzrə nəzəri və praktiki biliklərini təsdiq edən xüsusi sertifikatlarla təltif olunacaqlar.

Qeyd edəki ki, “AF Hotel & Aqua Park” istirahət mərkəzi proqramın həyata keçirilməsində təşkilati dəstək göstərir.