kresendo-sexsi-inkisaf-marafonuna-qeydiyyat-basladi--

Kreşendo şəxsi inkişaf marafonuna qeydiyyat başladı!

Uzun müddətdir gözlənilən və artıq 5-ci dəfə keçiriləcək Kreşendo şəxsi inkişaf marafonuna qeydiyyat başladı! 

Bu il ərzində əldə etmək istədiyiniz məqsədə çatmaq üçün çalışdığınız, amma nail ola bilmədiyiniz məqsədlərinizə çatmaq istəyirsinizsə, Kreşendoya qoşulun.
#kreşendo marafonu yaşından, coğrafiyasından asılı olmayaraq məhz məqsədlərinə çatmaq, həyatına necəsə fərq və dəyişiklik qatmaq istəyən, aktiv olan və ya olmaq istəyən kəslər üçün yaradılmışdır.

3 aylıq marafon ərzində layihəmizin əsasında “daha yaxşı bir MƏN” ideologiyası dayanır və biz bilirik ki, bu günə kimi nə qədər özünüzü tanısanız, nə qədər uğurlu olsanız da çox şey hələ irəlidədir!

Kreşendo yaşayaraq siz nə əldə edəcəksiniz:

- İndividual Mentor dəstəyi
- Həftəlik vebinarlar
- 100-dən çox yeni insanla tanışlıq
- Heç zaman düşünmədiyiniz suallarla iş
- Fərqli məktublar və alətlər
- Komanda işi yarışmalarında iştirak
- Müxtəlif regionlara tur
- Online və offline görüşlər
- Faydalı və dəstəkçi mühit
- və əlbəttə ki, hədiyyələr!

Marafonda fəal iştirak etsəniz, sistemlilik, planlama, vaxtın düzgün idarə edilməsi, hesabatlılıq kimi bacarıqlarınızı qısa zamanda inkişaf etdirə biləcəksiniz.

Əsas sual: Xəyallarınıza doğru addım atmağa hazırsınız?

Cavabınız müsbətdirsə, əlavə məlumat üçün səhifəyə yazmağınız kifayətdir.

Bizim komanda tez bir zamanda sizinlə əlaqə saxlayacaq.