Kürdəmirdə "İxtisas Bələdçisi" seminarı keçirilib.
Seminar zamanı gənclərə özünütanıma və özünüinkişafın əhəmiyyəti, görülən işin cəmiyyət üçün yararlı olması, dəyər, maraq, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib. Həmçinin gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verilib, "Universiteti nəyə əsasən seçməli?" "Düzgün kodlaşdırma qaydaları", "Prosesin psixoloji aspektləri", "Əsas ixtisaslar və onların gələcək perspektivləri", "VİSA nədir?" mövzuları əhatə olunub.
İnteraktiv keçən seminar zamanı gənclərin sualları cavablandırılıb.
Layihənin keçirilməsində əsas məqsəd gəncləri və validenynləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
Layihə Dövlət Məşğulluq Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mərkəzi Aran Regional Təhsil İdarəsin Kürdəmir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

