layihe-uzre-mutexessis-vakansiyasi--

Layihə üzrə mütəxəssis vakansiyası

Caspel şirkətinə "Layihə üzrə mütəxəssis" tələb olunur.

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: Texniki-Ali təhsil;
  • Təcrübə: 2 illik iş təcrübəsi;
  • Yaş: 25-35;
  • MS Office proqramlarını mükəmməl bilməli;
  • Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;

Tələblər:

- Şəbəkə avadanlıqları və lokal şəbəkə sistemləri üzrə biliklərin olması;

- İnternet və kompüter texnologiyaları üzrə biliklərin olması;

- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər (texniki biliyi olan namizədələrə üstünlük verilir);

- Sistemlərdə tətbiq ediləcək marka/modellər haqqında biliklərin olması;

-Avadanlıqları müqayisa etmək bacarığı;

- Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza bilikləri;

Öhdəliklər:

- Müxtəlif təqdimatların keçirilməsi;

- Gələn sorğuların operativ analizi və yaranmış sualların düzgün formalaşdırılması;

- Müştərilərlə yüksək ünsiyyət qurma və görüşlərin keçirilmə bacarığının olması;

- Seçimlərə və məbləğə müvafiq olaraq avadanlıqların axtarılması;

-Sistem üzrə istifadə ediləcək avadanlıqlara məxsus siyahının tərtibi;

- Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işin ələqələndirilməsi;

- Müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialların hazır edilməsi;

Şəxsi keyfiyyətlər:

- Düzgün şifahi nitq qabiliyyəti və ünsiyyət qurma bacarığı;

- İşgüzar etiket haqqında məlumatlı olması;

- Məsuliyyətli və təşəbbüskar olmalı;

- Diqqətli və punktual olmalı;

- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti;

- Kollektivlə işləyə bilməli;

- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;

- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;

- Tapşırıqları operativ icra etmə qabiliyyəti;

Əlavə məlumatlar:

Əmək haqqı: Razılaşma yolu ilə;

İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 - 18:00;

Korporativ nömrə və danışıq balansı;

AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində "Layihə üzrə mütəxəssis" sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.