layihelerin-idare-edilmesi-uzre-aparicibas-mutexessis-layihe-koordinatoru--vakansiyasi--

Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru) vakansiyası

Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru)  vakansiyası

"AFB Bank" ASC Layihələrin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis (Layihə koordinatoru) axtarışındadır!

İŞİN TƏSVİRİ:

Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;

KPI-ları yerinə yetirmək üçün layihənin bütün proseslərinin ümumi idarə edilməsi;

Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;

Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;

Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;

Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;

Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;

Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (magistratura təhsili üstünlükdür);

Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

PMP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir;

Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);

Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI vǝ MS Power Point) işləmək bacarığı, Jira üzrə biliklər;

Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;

Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqlar

Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində "Layihə koordinatoru" qeydi edǝrǝk [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.