layihelerin-idareedilmesi-ve-hesabatliligina-start-verildi--

“Layihələrin idarəedilməsi və hesabatlılığı”na start verildi!

3 moduldan ibarət olan təlimlərin ikinci fazası “Layihələrin idarəedilməsi və hesabatlılığı”na start veririk! 

24 - 28 iyul tarixlərində Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçiriləcək II modul təlimlərdə ümumilikdə 20 gənclər təşkilatının nümayəndəsinin iştirakı nəzərdə tutulur.

Təlimçi Tofiq Sadıxov tərəfindən keçiriləcək təlimlərin hər birində iştirak etmiş gənclər sertifikat ilə təltif olunacaqlar.

Layihədə iştirak üçün əsas tələblər:

- Təlimlərin hər birində mütləq davamlı iştirak;
- Təlimlərdə ancaq təşkilatların layihə koordinatorlarının iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərin sonunda test imtahanı baş tutacaq.

Layihə AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.

Qeydiyyat linki