layihelerin-yazilmasi-ve-idare-olunmasi-telimi-baslayacaq--

"Layihələrin yazılması və idarə olunması" təlimi başlayacaq

T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən "Layihələrin yazılması və idarə olunması" adlı təlimə start veriləcək.

Təlimdə

  • Layihə ideyasının tapılması
  • İdeyanın layihəyə uyğunlaşdırılması
  • Layihənin yazılması mərhələləri
  • Layihənin idarə olunması

məsələlərinə mərhələli şəkildə toxunulacaq.

Təlim boyunca müdavimlər öz layihələrini təlimatlara uyğun hazırlayacaqlar və təlimin sonunda bütün müdavimlərin hazır layihəsi olacaq .

17, 18, 19 mart 2022-ci ildə keçiriləcək 9 akademik saatdan ibarət təlim həftə içi 18:00-21:00 saatları arasında baş tutacaq.

Təlim T-Network-ün tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov tərəfindən keçiriləcək.

İştriakçılara sertifikat veriləcək.

 

Daha ətraflı məlumat üçün keçid