lecheq-farm-and-distillery-mmc---nin-maliyye-departamenti-rehberi-ilhame-mehdiyeva-progro-zaqatala-merkezinin-qonagi-oldu

Ləcheq Farm and Distillery MMC" - nin maliyyə departamenti rəhbəri İlhamə Mehdiyeva PROGRO Zaqatala mərkəzinin qonağı oldu.

Sentyabrın 16 da " Ləcheq Farm and Distillery MMC" - nin maliyyə departamenti rəhbəri İlhamə Mehdiyeva PROGRO Zaqatala mərkəzinin qonağı oldu. İlhamə xanım gənclərə  müəssisədəki iş prosesi ilə bağlı məlumat verdi.  Daha sonra karyera inkişafı üsulları, bacarıq və istəklərə uyğun iş seçimi , CV və  müsahibələrdə diqqət olunmalı əsas məqamlarla bağlı ətraflı məlumat verdi. Həmçinin maliyyə sahəsi üzrə işləmək istəyən gənclərə bu sahədə lazım olan bacarıqlar, sahə  mütəxəssisi olmaq üçün inkişaf yolları haqqında danışdı və iştirakçıların suallarını cavablandırdı. 

İlhamə xanıma gənclərimiz üçün ayırdığı zamana və tövsiyələrinə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq. 

Qeyd edək ki, “Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.

PROGRO Platformasının əsas məqsədi peşəkar səriştəli gənclərin yetişdirilməsi və onların əmək bazarına inteqrasiyasının təmin edilməsidir.