lenkeranda-emek-yarmarkasi-agstafada-ise-aciq-qapi-gunu-teskil-olunub--

Lənkəranda əmək yarmarkası, Ağstafada isə “Açıq qapı” günü təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı və Lənkəran Dövlət Universiteti tərəfindən Lənkəran şəhərində əmək yarmarkası təşkil olunub.

Yarmarkaya 27 dövlət qurumu və özəl müəssisə tərəfindən ümumilikdə 239 vakansiya təqdim edilib.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Ağstafa rayonunda isə Qazax-Tovuz Regional Məşğulluq filialı və Saloğlu Fərdi Firması tərəfindən “Açıq qapı” günü təşkil olunub.

Tədbirdə işsiz və işaxtaran şəxslərə 50 vakansiya təqdim edilib. Uyğun namizədlərin qeydiyyatı aparılıb və işlə təmin olunmaları istiqamətində işlərə başlanılıb.