machine-learningai-ile-maraqlananlarin-nezerine--

Machine Learning/Aİ ile maraqlananların nəzərinə!

Hərkəsə salamlar, biz yenidən səhnədəyik .Uzun müddətdən sonra ilk dəfə təlimi bir məaknda keçiririk.

Əgər Machine Learning/Aİ ile maraqlanırsız.Bu tədbiri buraxmayın.Tədbirin 2-ci hissəsi praktik kod yazılacaq,laptoplarınızı gətirməyi unutmayın.
Təlimçi : Samir Mammadov
 

Tedbir haqqında :"Təbii Dilin Emalı maşınlara ingilis dili, azərbaycan dili, portuqal dili kimi təbii dilləri başa düşməyə və bu dillərdə ünsiyyət qurmağa imkan yaratmağı hədəf alan disiplinlərarası sahədir. “Neyron əsaslı Təbii Dilin Emalının İki Dekadası” başlıqlı bu çıxış zamanı siz neyron şəbəkələrin TDE məsələlərində tətbiqinə aid neyron şəbəkə əsaslı dil modelinin qurulduğu ilk il hesab oluna biləcək 2001-ci ildən dərin öyrənmə üsullarının haradasa bütün sahədə dominant olduğu və yeniliklərin daha sürətlə baş verdiyi 2021-ci ilə qədər olan 20 illik müddəti əhatə edən irəliləyişlərdən xəbərdar olacaqsınız. Çıxışdan sonra bir TDE məsələsinin Python ilə həll olunduğu sessiya təşkil olunacaq."

Bu tədbir üçün müəyyən sayda iştirakçı qəbul ede biləcəyik.Aşağıda formu dolduraraq müraciət edə bilərsiniz.Və siz bizdən təsdiq maili aldıqdan sonra tədbirdə iştirakınız təsdiqlənəcək.
Yalnız icazə maili alan şəxslərin adı məkana giriş üçün təqdim ediləcək.
Təsdiq mail 18 iyun tarixində göndəriləcək.

Qeydiyyat üçün link