"Maliyyə texnologiyalarının hüquqi tənzimlənməsi" mövzusunda Seminar
Dəyərli dostlar,
ELSA Azərbaycan sizi 16.09.2023-cü il tarixində, saat 11:00-da "Maliyyə texnologiyalarının hüquqi tənzimlənməsi" mövzusunda keçiriləcək seminarda iştiraka dəvət edir!
Seminarda maliyyə texnologiyaları ilə bağlı məlumat əldə etməklə yanaşı, onların ölkəmizdə qüvvədə olan qanunvericiliklə necə tənzimləndiyi, cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması ilə bağlı görülən tədbirlər, bu sahədə məxfilik siyasəti ilə bağlı nəzəri-praktiki məsələlərin müzakirəsi aparılacaqdır. Maliyyə texnologiyaları haqqında biliklərinizi genişləndirmək istəyirsinizsə, aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Təlimdə iştirak edən şəxslərə ELSA Azərbaycan tərəfindən sertifikat təqdim olunacaqdır.
Son qeydiyyat tarixi: 13.09.2023, 23:59