maliyye-uzre-tecrubeci-vakansiyasi--

"Maliyyə üzrə təcrübəçi" vakansiyası

"Agrarco" MMC "Maliyyə üzrə təcrübəçi" vakansiyasını elan edir!

Namizədə dair tələblər:

Təhsil: Ali iqtisadi təhsil;

Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, ingilis dilinin olması arzu olunandır;

Kompüter bilikləri: Ofis proqramları ilə, xüsusilə də MS Excel ilə yaxşı səviyyədə işləmə bacarığı;

Bacanqlar: Riyazi biliklər və məntiqi təfəkkür, məsuliyyət, komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

Debitor və kreditorlar üzrə qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

Müştəri borcları ilə bağlı lazımi analizlərin aparılması;

Mühasibatlıq sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;

Baş mühasib tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.

İş yeri: Port Baku, Mərkəz ofis

İş saatları: 10:00-16:00

Nahar fasilasi 13:00-14:00

İstirahət günü: Şənbə və bazar

Müddət: 3 ay

Əmək haqqı: Ödənişsizdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə "Maliyyə üzrə təcrübəçi yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.