marketinqin-esaslari-ve-satisin-teskili-movzusunda-telim-kecirilecek--

“Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçiriləcək

İyulun 20-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim təşkil olunacaq.  

Təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov aşağıdakı mövzulardan danışacaq: 

- Marketinq nədir; 

- Marketinq miks anlayışı; 

- Brendin marketinqdə əhəmiyyəti; 

- Marketinqin kommunikasiya əməliyyatları; 

- Satış və onun təşkili prosesi; 

- B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri. 

 

Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.